Azərbaycanlı oyunçu Serbiyanın ortabab klubu ilə niyə müqavilə imzalamaq istəməyib? - VİDEO

27 May 23:40 Bizimkilər 598
Azərbaycanlı oyunçu Serbiyanın ortabab klubu ilə niyə müqavilə imzalamaq istəməyib? - VİDEO

«Azərbaycanlı futbolçuların legioner həyatı yaşamaq istəməməsinin bir çox səbəbi var».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı bildirib ki, bizim oyunçular mental olaraq buna hazır deyil. O. ad çəkməsə də, bir misal çəkib.

Bildirib ki, gənclərdən biri Serbiyanın ortabab klublarından birindən təklif alıb. Səbəbkar meneceri ilə bərabər sözügedən ölkəyə yollanıb.

Həmyerlimiz komandanın şəraiti ilə tanış olub, müqavilə şərtlərini razılaşdırıb, hətta iki məşqə çıxıb.

Lakin növbəti gün yerli rəsmilərlə görüşərək, geri qayıtmaq istədiyini söyləyib. Buna nə səbəb göstərsə yaxşıdır?

Deyib ki, burada keçirilən məşqlər çox ağırdır və ona dözməyə çətinlik çəkir. Beləcə, serblər azərbaycanlı gənclə münasibətləri rəsmiləşdirməkdən vaz keçib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti