Vüsal Superliqada oynamaq şansını necə itirdi? - VİDEO

02:10 Bizimkilər 97
Vüsal Superliqada oynamaq şansını necə itirdi? - VİDEO

Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Superliqaya vəsiqə uğrunda növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda pley-offun yarımfinalının cavab matçında "Bandırmaspor"un qonağı olub.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Həlledici qolu 90+3-cü dəqiqədə Marco Paixao vurub.

Vüsal matçın 73-cü dəqiqəsində - hesab 0:0 olarkən Ali Ulgenin əvəzinə meydana daxil olub.

Hər iki görüşdə, ümumi nəticədə 1:5 hesabı ilə “Bandırmaspor”a uduzan “Boluspor” Superliqaya yüksəlmək şansını itirib.

Superliqaya vəsiqə uğrunda həlledici görüşdə “Bandırmaspor” mayın 29-da “Karagümrük”lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti