Daha bir məşhur klub azərbaycanlı hücumçuya elçi düşdü

23 May 2025 13:20 Bizimkilər 7 577
Daha bir məşhur klub azərbaycanlı hücumçuya elçi düşdü

Almaniyanın daha bir klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin xidmətində maraqlıdır.

Sportinfo.az xəbər verir ki, “Kayzerslautern” 28 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.

2-ci Bundesliqa təmsilçisi Mahiri azad agent kimi ələ keçirməyi planlaşdırır. “Nürnberq”lə müqaviləsi uzadılmadığı üçün yayda klubsuz qalacaq forvard “Kayzerslautern”in hücum xəttini gücləndirməlidir.

Mahir “Köln”ə keçəcəyi gözlənilən Raqnar Açeni əvəz etməlidir. Klubun icraçı direktoru Tomas Hengen və idman direktoru Marsel Klos millimizin hücumçusunu komandada görmək istəyirlər.

Emreli Almaniyanın digər klubu “Sankt Pauli”nin də maraq dairəsindədir.

Mahir Emreliyə Almaniyadan daha bir müştəri –

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu