Azərbaycanlı mütəxəssis ərəblərdən təklif aldı - Dünya çempionatına görə

22 May 2025 20:40 Bizimkilər 1 683
Azərbaycanlı mütəxəssis ərəblərdən təklif aldı - Dünya çempionatına görə

Azərbaycanlı massajçı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) minifutbol millisinə cəlb olunub.

Söhbət uzun illər sözügedən ölkədə çalışmış Faiq Hüseynov yenidən ərəblərin diqqət mərkəzinə düşüb.

Belə ki, Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında mübarizə aparan iştirakçılar arasında BƏƏ-nin komandası da yer alıb.

Asiyalılar futbolçuların sağlamlığının qayğısına qalmaq üçün BƏƏ-dən tanıdıqları müxtəxəssisi dünya çempionatı boyunca millinin yanında olmağa səsləyib.

Hüseynov artıq işinin icrasına başlayıb. Təklifin müvəqqəti, yoxsa daimi xarakter daşıması mundialın sonunda bilinəcək.

60 yaşlı massajçı vaxtilə Azərbaycan millisində, eləcə də “Neftçi” və “Qarabağ”dakı fəaliyyəti ilə tanınandan sonra vətəni tərk edərək 15 ilə yaxın müddətdə BƏƏ-də çalışıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!