ŞOK! Mahir Emrelinin ayrılma səbəbi üzə çıxdı - VİDEO

22 May 2025 15:00 Bizimkilər 4 638
ŞOK! Mahir Emrelinin ayrılma səbəbi üzə çıxdı - VİDEO

Mahir Emrelinin “Nürnberq”dən ayrılmasının səbəbi üzə çıxıb.

Bu barədə tanınmış telejurnalist Ceyhun Rzayev açıqlama verib.

ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı bildirib ki, millimizin hücumçusu II Bundesliqa klubunda ayrı-seçkiliyə məruz qalıb.

Belə ki, komandanın bir neçə almaniyalı oyunçusu onu təkləyib və beləcə, aralarında insident yaşanıb.

“Nürnberq”in idman direktoru daha sonra 27 yaşlı forvarda müqavilənin müddətini artırmağı təklif edib. O isə meneceri ilə məsləhətləşərək, kontraktı uzatmaqdan boyun qaçırıb.

Mövsümün əvvəlində Zaqreb “Dinamo”sundan II Bundesliqa təmsilçisinə keçən Mahir Emreli “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.

Azərbaycanlı hücumçu ilə Bundesliqa təmsilçisi “Sankt Pauli”nin və “Kayzerslautern”in maraqlandığı deyilir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu