Azərbaycan yığmasında oynadı, bu ölkənin klubu ilə müqavilə imzaladı

20 May 2025 01:10 Bizimkilər 1 204
Azərbaycan yığmasında oynadı, bu ölkənin klubu ilə müqavilə imzaladı

Azərbaycanın U-17, U-19 və U-21 yığmasının sabiq üzvü Barış Ekincier “Ümraniyespor”dan ayrılmayıb.

Sportinfo.az xəbər verir ki, Türkiyənin 1-ci liqa klubu 26 yaşlı yarımmüdafiəçi ilə yeni şərtlərlə müqavilə imzalayıb.

Yeni müqaviləyə əsasən, Ekincier 2026-cı il iyunun 30-na qədər “Ümraniyespor”a məxsus olacaq. O, bu mövsüm 28 matçda 4 qol vurub və 2 asist edib.

Ekincier "Bohum", "Austriya Klagenfurt", "Valdhof Manhaym", "Şanlıurfaspor" komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu