"Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın"

16:20 Bizimkilər 327
"Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın"

Azərbaycan millisinin forvardı Mahir Emreli yollarını ayırdığı Almaniyanın "Nürnberq" klubu ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə "Bild" nəşrinə açıqlama verib.

Forvard II Bundesliqanın XXXIV turunda "Ayntaxt"a (Braunşveyq) qarşı görüşdən sonra danışıb.

Qarşılaşmada het-trik edən oyunçu bunları deyib:

"Nürnberq" karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam".

Emreli gələcək planları barədə də danışıb:

"Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".

Mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.

Azərbaycanlı hücumçu ilə adı açıqlanmayan Bundesliqa klubunun və "Kayzerslautern"in maraqlandığı deyilir.

Digər Xəbərlər
Xəbər Lenti