Bu da son! Mahir Emreli “Nürnberq”dən het-triklə ayrıldı

18 May 2025 20:25 Bizimkilər 1 642
Bu da son! Mahir Emreli “Nürnberq”dən het-triklə ayrıldı

Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Ayntraxt Braunşvayq"la qarşılaşıb.

Mahir də bu matçda iştirak edib. O, oyuna start heyətdə başlayıb.

Hücumçu mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun "Nürnberq"də son oyunu olub. Bu görüş onun üçün uğurlu olub.

Emreli 10-cu dəqiqədə hesabı açıb. O, 20-ci dəqiqədə komandasının 2-ci, 45+1-ci dəqiqədə isə 3-cü qolunu vurub.

20-ci dəqiqədə həm də sarı vərəqə alıb. Komandası isə 4:1 hesabı ilə qalib gəlib və mövsümü 48 xalla 10-cu yerdə başa vurub.

Qeyd edək ki, M.Emreli bu matç da daxil olmaqla 2-ci Bundesliqada 24 oyuna 10 qol vurub. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib.

Beləliklə, azərbaycanlı futbolçu Almaniyada mövsümü 11 qolla yekunlaşdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!