Güney Azərbaycan klubundan dünya rekordu - 15 dəqiqəlik mahnı oxumaqla

19 May 2025 02:00 Bizimkilər 620
Güney Azərbaycan klubundan dünya rekordu - 15 dəqiqəlik mahnı oxumaqla

İran çempionu "Traktor"un fanatları dünya rekorduna imza atıblar.

Sportinfo.az xəbər verir ki, İranda İranda ilk dəfə çempion olan Təbriz komandasının azarkeşləri bayram şənliyində 15 dəqiqə dayanmadan alqış sədaları səsləndirərək dünya rekordu qırıblar.

On minlərlə azarkeşi tribunaları dolduraraq Azərbaycan türkcəsində aşağıdakı himni oxuyublar:

Gül solar, sümbül solar
Solmaz bizim qeyrətli tim
Biz "Tiraxtur" aşiqi
Bizlər kimi qeyrətli kim?

Bayram mərasimlərində Ginnesin Rekordlar Kitabının İran nümayəndəsi də iştirak edib.

Nümayəndə İranın rəsmi xəbər agentliyi İRNA-ya deyib: "Azarkeşlər üçün dünya rekordu 12 dəqiqə ilə məhdudlaşırdı, lakin "Traktor" azarkeşləri 15 dəqiqəlik mahnı oxumaqla bu rekordu qırdılar. Bu tarixi nailiyyət rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşəcək".

Bayram şənlikləri zamanı pərəstişkarlar tribunaları dolduraraq 2024-cü il mayın 19-da keçmiş prezident İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında həlak olan Təbrizin keçmiş cümə namazı İmam Ayətullah Əli Haşimin xatirəsini yad ediblər.

"Traktor" Futbol Klubu türk dünyasında ən çox azarkeşə malik komanda kimi tanınır.

“Traktor” “İstiqlal Huzistan”a qalib gəldikdən sonra çempionluq kubokunu qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!