Mahir sabah sonuncu dəfə “Nürnberq”in formasını geyinəcəkmi?

13:20 Bizimkilər 127
Mahir sabah sonuncu dəfə “Nürnberq”in formasını geyinəcəkmi?

Azərbaycan millisiin hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Nürnberq”in futbolçusu zədəsini sağaldıb.

Əzələsində yaranan problemi yoluna qoyan forvard kollektivlə birlikdə məşqlərə qoşulub.

Emrelinin 2-ci Bundesliqanın son turunda “Ayntraxt”la (Braunşveyq) qarşılaşmaya hazır olması gözlənilir. Həmin görüşün ardından həmyerlimiz komandasını tərk edəcək.

“Ayntraxt” – “Nürnberq” oyunu mayın 18-də keçiriləcək. “Nürnberq” 33 turdan sonra 45 xalla 10-cu pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti