Vüsalın komandası pley-offun yarımfinalına yüksıldi

17 May 2025 08:20 Bizimkilər 824
Vüsalın komandası pley-offun yarımfinalına yüksıldi

Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasının pley-offunda qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Boluspor" səfərdə "İstanbulspor"un qonağı olub.

Vüsalın komandası bir oyundan ibarət mərhələni 2:1 hesablı qələbə ilə başa vurub.

Hesabda geri düşən bolular ardıcıl iki qol vuraraq, ple-offun yarımfinalına yüksəliblər. Bu görüşdə İsgəndərli meydana çıxmaq şansı qazanmayıb.

"Boluspor" yarımfinalda "Ərzurumspor"u mübarizədən kənarlaşdıran "Bandırmaspor"la qarşılaşacaq. Oyun mayın 19-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu