
Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi "Radomiak" Polşa Ekstraklasasında 33-cü tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Stal Myelets"lə qarşılaşıb.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.
Renat isə matçın 72-ci dəqiqəsində meydana daxil olub.
Hazırda "Radomyak" turnir cədvəlində 41 xalla 12-ci yerdədir.
Daha öncə Polşa mətbuatında Rahil Məmmədovun klubundan ayrılması ilə bağlı xəbərlər yayılmışdı.
"Stal Myelets" – "Radomiak" 2:2
Qollar: Kavaleyro, 45; Giyomye, 73 – Enrike, 15; Vlazlo, 80 - avtoqol