Azərbaycanlı vinger Rusiya klubu ilə müqavilə bağlamaqdan boyun qaçırdı

16 May 2025 22:40 Bizimkilər 1 491
Azərbaycanlı vinger Rusiya klubu ilə müqavilə bağlamaqdan boyun qaçırdı

Kamran Əliyev mövsümün sonunda "SKA-Xabarovsk"dan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu müqaviləsinin müddətini uzatmayacaq.

Klub Kamrana yeni sözləşmə təklif edib. Lakin 26 yaşlı vinger ayrılıq qərarı verib. O, yeni təklifləri dəyərləndirəcək.

Əliyev mövsümün əvvəlindən SKA-da çıxış edir. Həmyerlimiz Xabarovsk təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Sabiq "Sumqayıt"lı 2023-cü ilin fevral ayından 2024-cü ilin iyununadək "Sumqayıt"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu