Əgər son anda Mahirin ayağında yenidən problem yaranmasa…

15 May 2025 22:40 Bizimkilər 890
Əgər son anda Mahirin ayağında yenidən problem yaranmasa…

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisiin hücumçusu Mahir Emrelinin əzələsindəki problem aradan qalxmaqdadır.

"Nürnberq"in oyunçusu son günlər fərqdi məşqlər edirdi.

Bu səbəbdən onun 34-cü turunun mayın 18-si "Ayntraxt"a (Braunşveyq) qarşı səfər matçında iştirak edib-etməyəcəyi sual altındadı idi.

Lakin Almaniya mediasının yazdığına görə, Emrelinin vəziyyəti yaxşılaşmaqdadır.

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze dünən keçirdiyi mətbuat konfransında bildirib ki, əgər son anda futbolçunun ayağında yenidən problem yaranmasa, o, qarşıdakı görüşdə iştirak edəcək.

"Ayntraxt"la oyun "Nürnberq"in bu mövsümdəki son matçı olacaq. Bundan sonra M.Emreli həmin klubu tərk edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu