Çempion legionerimiz Avropada klubunu dəyişə bilər

21 May 2025 21:00 Bizimkilər 1 711
Çempion legionerimiz Avropada klubunu dəyişə bilər

Azərbaycan millisinin üzvü Zamiq Əliyev "Eqnatiya"dan ayrıla bilər.

Həmyerlimizə Avropanın bir neçə klubundan real təklif var.

24 yaşlı futbolçunun meneceri bu istiqamətdə danışıqları davam etdirir.

Zamiq özü də daha güclü liqalarda oynamaqda maraqlıdır.

Müdafiəçi ötən yaydan Albaniya təmsilçisinin şərəfini qoruyur.

Millimizin üzvü keçirdiyi 43 görüşdə 1 qolla yadda qalıb.

O, adıçəkilən klubla bu mövsüm həm Albaniya çempionu olub, həm də ölkə kubokunu qazanıb.

Zamiq daha əvvəl ölkəmizdə "Araz-Naxçıvan", "Kəpəz" və "Qarabağ"da forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu