Ölkə xaricində çempion olan azərbaycanlı futbolçunun sevinci bu FOTOLARda

15 May 02:40 Bizimkilər 347
Ölkə xaricində çempion olan azərbaycanlı futbolçunun sevinci bu FOTOLARda

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.

Sportinfo.az xəbər verir ki, pley-off mərhələsinin həlledici görüşündə “Vlajniya” ilə qarşılaşan "Eqnatiya" 4:0 hesablı qələbə qazanıb.

Zamiq də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.

Zamiq Albaniya təmsilçisinin heyətinə bu mövsümün əvvəlində qoşulub.

“Vlajniya” - "Eqnatiya" 0:4

Qollar: Luşka, 6, 49, Melo, 82, Ujka, 90+4

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!