Mahir "Nürnberq"də komanda ilə məşqə niyə çıxmadı?

14 May 2025 19:20 Bizimkilər 1 124
Mahir "Nürnberq"də komanda ilə məşqə niyə çıxmadı?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli hazırda "Nürnberq"də fərqdi məşqlər edir.

Sportinfo.az xəbər verir ki, bu haqda 2-ci Bundesliqa klubunun yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, 28 yaşlı hücumçunun əzələsində problem var. O, bu səbəbdən "Köln"lə ötən həftə keçirilən matçın fasiləsində əvəzlənməli olub.

Emreli hazırda komandanın ümumi hazırlığından kənar qalıb.

Onun bu mövsümün sonuncu - 34-cü turunun mayın 18-si "Ayntraxt"a (Braunşveyq) qarşı səfər matçında iştirak edib-etməyəcəyi hələ müəyyənləşməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!