Ukraynada çıxış edən millimizin oyunçusundan VİDEO

12 May 2025 08:40 Bizimkilər 752
Ukraynada çıxış edən millimizin oyunçusundan VİDEO

Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Çernomorets” səfərdə “Vorskla” ilə qarşılaşıb.

Görüş Odessa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komandamızın üzvü meydana start heyətində çıxıb və hesab 1:1 olarkən, 80-ci dəqiqədə əvəzlənib.

“Çernomorets” bu qələbədən sonra turnir cədvəlinin son pilləsindən xilas olub. Mustafayevin komandası hazırda 21 xalla 15-ci pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu