
"Nürnberq" Mahir Emreliyə xatirə hədiyyəsi təqdim edib.
Sportinfo.az xəbər verir ki, mükafatlandırma komandanın bu mövsümdə Almaniya 2-ci Bundesliqasında keçirdiyi son ev matçında təşkil olunub.
"Nürnberq” bununla bağlı şəkli sosial media hesabında “Danke Mahir” (Təşəkkürlər, Mahir) sözləri ilə paylaşım edib.
Mövsümün əvvəlində Almaniya klubuna keçən Mahir 23 oyunda 7 qol vurub, 1 ötürmə verib.