
Türkiyə birinci liqasında 38-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” səfərdə “İstanbulspor”la qarşılaşıb.
Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Diniyev meydana start heyətində çıxıb və 46-cı dəqiqədə əvəzlənib.
Hazırda “Çorum” 54 xalla 10-cu pillədə qərarlaşıb.