Avropa klubu azərbaycanlı hücumçunu bu sözlə yola saldı: “DANKE!” - VİDEO

10 May 2025 16:20 Bizimkilər 760
Avropa klubu azərbaycanlı hücumçunu bu sözlə yola saldı: “DANKE!” - VİDEO

“Nürnberq” Mahir Emreliyə təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, 2-ci bundesliqanın 33-cü turunun “Köln”ə qarşı ev matçından əvvəl Emreliyə və mövsümün sonu komanda ilə yolları ayıracaq bir neçə digər futbolçuya xatirə hədiyyəsi təqdim olunub.

Hədiyyələrdə futbolçuların çərçivəyə salınmış rəsmi həkk olunub. “Nürnberq” bununla bağlı şəkli sosial media hesabında “Danke, Mahir” (Təşəkkür, Mahir) sözləri ilə paylaşıb.

“Nürnberq” - “Köln” matçı 1:2 hesabı ilə başa çatıb. M.Emreli əsas heyətdə meydana çıxıb, 46-cı dəqiqədə isə Tina Kusanoviçlə əvəzlənib. O, bu görüşdə qol vura bilməyib.

M.Emrelinin müqaviləsi başa çatdıqdan sonra - bu mövsümün sonu “Nürnberq”dən ayrılacağını klub bu həftə rəsmən açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu