“Azərbaycanlı hücumçu əvvəlkindən xeyli çox pul qazanmaq istəyir”

8 May 2025 00:50 Bizimkilər 750
“Azərbaycanlı hücumçu əvvəlkindən xeyli çox pul qazanmaq istəyir”

Almaniya mətbuatı Mahir Emrelinin mövsümün sonunda “Nürnberq”dən ayrılması ilə bağlı yazı dərc edib.

Sportinfo.az “Bild”ə istinadən xəbər verir ki, almanlar Azərbaycan millisinin hücumçusunun "Nürnberq"dən daha çox pul istədiyini yazıb:

"Son vaxtlar Emreli ilə klub arasında hələ də müsbət əlaqələrin olduğu görünürdü. Son həftələrdəki effektiv çıxışlardan və dörd qoldan sonra azərbaycanlının yeni müqavilə imzalaması artıq qeyri-mümkün görünmürdü

. Futbolçu ilə klub rəhbərləri arasında müvafiq müzakirələr aparılıb. Amma heç bir razılıq əldə olunmayıb.

Yəqin həm də ona görə ki, Emreli əvvəlkindən xeyli çox pul qazanmaq istəyirdi. Azərbaycan millisinin futbolçusu yayda kiçik zədə ilə Nürnberqə köçüb və bu səbəbdən klub da nisbətən az xərc çəkmişdi.

İndi hücumçu danışıqlarda özünü daha sərfəli mövqedə görürdü və Bundesliqa klubunda özünə yer tapmağa üstünlük verib".

Mahir Emreli mövsümün əvvəlində "Dinamo"dan(Zaqreb) "Nürnberq"ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu