Mahir Emreli iki dəfə çox maaş istəyib, deyiblər, çıx get!

7 May 2025 13:20 Bizimkilər 982
Mahir Emreli iki dəfə çox maaş istəyib, deyiblər, çıx get!

Almaniya mətbuatı Mahir Emrelinin mövsümün sonunda “Nürnberq”dən ayrılacağı ilə bağlı yazı dərc edib.

Sportinfo.az xəbər verir ki, “Bild” nəşri forvardın II Bundesliqa təmsilçisindən hazırkı maaşının ikiqatını istədiyini yazıb.

Bildirilib ki, Mahir klub rəhbərliyi ilə görüşüb və onlara öz şərtlərini bildirib. Şərtlərdə əsas məqam maddi məsələlər olub və tərəflər bunda razılıq əldə etməyib.

Mahir Emreli mövsümün əvvəlində “Dinamo”dan(Zaqreb) “Nürnberq”ə keçib.

O, cari mövsüm Almaniya təmsilçisinin heyətində 22 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu