
Türkiyə birinci liqasında 37-ci turun görüşləri davam edir.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" öz meydanında autsayder "Yeni Malatyaspor"la qarşılaşıb və 10:1 hesabı ilə qalib gəlib.
Hesabın bu cür olmasında qonaqların 52-ci dəqiqədə 10 nəfərlə qalması da rol oynayıb.
Start heyətində yer alan İsgəndərli sona qədər oynayıb. Komandasının 7-ci qolunu vuran Vüsal 2-ci qolda məhsuldar ötürmə müəllifi də olub.
"Boluspor" bu nəticədən sonra 58 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.