Mahir Emreli qol vurmadı, komandası uduzdu

4 May 2025 21:40 Bizimkilər 709
Mahir Emreli qol vurmadı, komandası uduzdu

Almaniya II Bundesliqasında 32-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” doğma meydanda “Elvesberq”i qəbul edib.

Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. 28 yaşlı forvard oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

32 turdan sonra aktivində 45 xal olan “Nürnberq” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu