İşləri yağ kimi gedir…

16:05 Bizimkilər 143
İşləri yağ kimi gedir…

Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun "Daejeon" doğma meydanda "Anyanq"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Xallarını 28-ə yüksəldən "Daejeon" liderliyini davam etdirir. Onlar 2-ci pillədəki "Qimçeon"dan 6 xal öndədir.

Digər Xəbərlər
Xəbər Lenti