“Mənə elə gəlmir ki, bu, Mahirə mane olacaq” - Məşhur persona

3 May 2025 17:20 Bizimkilər 916
“Mənə elə gəlmir ki, bu, Mahirə mane olacaq” - Məşhur persona

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqanın “Fortuna Düsseldorf”a qarşı 31-ci tur matçında (3:3) əlindən zədə almış və son məşqlərə xüsusi şinlə çıxmışdı.

“Nürnberq”in saytı Emrelinin son vəziyyətini açıqlayıb. Qeyd edilib ki, o, mayın 4-də “Elbersberq”a qarşı 32-ci turun ev oyununda meydana çıxa biləcək və bu zədə hücumçu üçün problem yaratmır.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze də zədənin Mahirə problem yaradacağını düşünmür.

O deyib: “Futbolda avtomatik olaraq ikili mübarizələrə girirsən. Mənə elə gəlmir ki, bu, ona mane olacaq”.

Emreli son turlar uğurlu oyunu ilə diqqət çəkir. Azərbaycanlı futbolçu son 3 bundesliqa matçında 4 qol vurub.

Ümumən isə Mahir 21 bundesliqa matçında 7 dəfə rəqib qapısına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu