Azərbaycandan bu klublar “Traktor”a “qardaş təbrik”i göndərdi - FOTOLAR

3 May 2025 14:20 Bizimkilər 934
Azərbaycandan bu klublar “Traktor”a “qardaş təbrik”i göndərdi - FOTOLAR

Xəbər verdiyimiz kimi Təbriz “Traktor"u tarixində ilk dəfə İran Pro Liqasının çempionu olub.

Sportinfo.az xəbər verir ki, “Traktor”un uğuru ölkəmizdə də böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Azərbaycanın “Qarabağ”, “Neftçi”, “Zirə”, “Turan Tovuz” və başqa klubları təbrizliləri təbrik edib. Bununla bağlı rəsmi səhifələrdə paylaşım edilib.

Traktor” sona 2 tur qalmış ən yaxın rəqibi “Sepahan”la xal fərqini 8-ə çatdırıb.

Ötəngünkü oyunda Təbriz klubu “Şəms Azar”i (Qəzvin) dörd cavabsız qolla darmadağın edib.




Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu