Əli sınan azərbaycanlı hücumçunun vəziyyəti necədir?

1 May 2025 00:30 Bizimkilər 979
Əli sınan azərbaycanlı hücumçunun vəziyyəti necədir?

Bilindiyi kimi, "Nürnberq"də çıxış edən Mahir Emreli zədələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə II Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisinin üzvü 31-ci turda "Fortuna" ilə matçda əlindən xəsarət alıb. Onda metakarpal (əl sümüyü) sınığı aşkarlandığı qeyd olunub.

Hazırda 28 yaşlı hücumçunun müalicə olunduğu, onun xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcəyi bildirilib.

Qeyd olunub ki, Mahirin nə vaxt məşqlərə başlayacağı hələlik bəlli deyil.

"Fortuna" ilə matçda (3:3) komandasının ikinci qolunu vuran Emreli ardıcıl 3 oyundur ki, fərqlənir. O, son 3 qarşılaşmada rəqib qapılarına 4 dəfə yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu