Bu ölkənin mediası hələ də Mahirdən “əl çəkmir”

00:30 Bizimkilər 139
Bu ölkənin mediası hələ də Mahirdən “əl çəkmir”

Xorvatiya mətbuatı Almaniyanın “Nürnberq” klubunun azərbaycanlı hücumçusu Mahir Emrelinin 2-ci Bundesliqanın 31-ci turunda “Fortuna”(Düsseldorf) klubuna qarşı keçirdikləri oyunda (3:3) vurduğu qolu şərh edib.

Sportinfo.az xəbər verir ki, “Index.hr” nəşri millimizin üzvü barədə bunları yazıb:

“Mahir Emreli “Nürnberq”in heyətində daha bir qol vurdu. Zaqreb "Dinamo"sunun sabiq hücumçusu "Fortuna" ilə matçda komandasının ikinci qoluna imza atdı.

Düsseldorf klubunun hücumundan sonra “Nürnberq” əks-hücuma keçdi və Yander topu Emreliyə ötürdü.

O da 35 metrdən topu boş qapıdan keçirərək, komandasının üstünlüyünü artırdı. Bu, onun son üç matçda vurduğu dördüncü qol oldu”.

Emreli mövsümün əvvəlində "Dinamo"dan ayrılaraq Almaniya klubuna keçdi. Bu mövsüm o, 20 liqa matçında 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!