Komanda azərbaycanlı investoru boykot etdi, oğlu onlara haqq qazandırdı

29 Aprel 2025 20:20 Bizimkilər 1 257
Komanda azərbaycanlı investoru boykot etdi, oğlu onlara haqq qazandırdı

"Ximki"nin hücumçusu və klubun investorunun oğlu İlya Sadıqov maaş gecikmələrinə görə futbolçuların rəhbərliyi boykot etməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, “Спорт-Экспресс” nəşrinə danışan Sadıqov bunları deyib:

- "Ximki”nin qarşılaşdığı bütün hekayədə belə çıxır ki, sizdə maraqlar toqquşması olub?

- Niyə? Boykot komandanın qərarıdır. Bir dəfə əvəzedici heyətlə məşq etdim. Bu məsələdə öz fikrim var idi. Amma mən uşaqlara dedim ki, onların qərarına hörmətlə yanaşıram. Hamısı budur. Onların boykot etmək hüququ var idi. Bunu etdilər. “Zenit”lə oynamağa hazır idim? Şans verilsəydi, oynayardım.

“Ximki” hazırda Rusiya Premyer Liqasında 16 komanda arasında 12-ci pillədədir. Klubun rəhbəri azərbaycanlı iş adamı Tufan Sadıqovdur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu