Bundesliqadan iki klub azərbaycanlı hücumçuya elçi düşdü

29 Aprel 2025 13:20 Bizimkilər 2 250
Bundesliqadan iki klub azərbaycanlı hücumçuya elçi düşdü

Almaniya Bundesliqasında çıxış edən iki klub Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin məşhur "Bild" nəşri məlumat yayıb.

27 yaşlı hücumçunun II Bundesliqa təmsilçisi "Nürmberq"də taleyinin hələlik bəlli olmadığı bildirilib. Onun növbəti mövsüm bu komandada qalmaq şansının az olduğu vurğulanıb.

Emreli özü də Almaniyada qalmaq istəyir.

Mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emreli II Bundesliqada 7, Almaniya Kubokunbda 1 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu