Arda Turanın komandasına qarşı 90 dəqiqə oynayan azərbaycanlı - VİDEO

9 Yanvar 2025 08:50 Bizimkilər 2 151
Arda Turanın komandasına qarşı 90 dəqiqə oynayan azərbaycanlı - VİDEO

Türkiyə Kubokunda qrup mərhələsinin ilk turunun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün C qrupunda "Eyüpspor" öz meydanında I Liqa təmsilçisi "Boluspor"u qəbul edib.

Qarşılaşma Arda Turanın rəhbərlik etdiyi kollektivin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Eyüpspor"un qələbə qolunu matçın 70-ci dəqiqəsində Ahmed Kutucu vurub.

"Boluspor"da çıxış edən Azərbaycanlı futbolçu Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 29 yaşlı hücumçu oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM