Mahir Emreli Almaniyada bu komandaya qarşı oynayacaq

8 Yanvar 2025 02:10 Bizimkilər 894
Mahir Emreli Almaniyada bu komandaya qarşı oynayacaq

Azərbaycan millisinin hücumçu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb.

Sportinfo.az xəbər verir ki, Miroslav Klozenin rəhbərlik etdiyi kollektiv ilin ilk məşqinə çıxıb, bu gün isə Herzogenauraxda təlim-məşq toplanışına start verib.

Emrelinin komandası yanvarın 10-na kimi burada qalacaq. Yanvarın 12-də isə İkinci Bundesliqa klubu “İnqolştadt”la iki yoldaşlıq oyunu keçirəcək.

Oyunların yeri və vaxtı hələ açıqlanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!