Almaniyalı direktor: “Mən azərbaycanlı hücumçunun keyfiyyətlərinə arxayınam”

8 Yanvar 2025 01:00 Bizimkilər 1 085
Almaniyalı direktor: “Mən azərbaycanlı hücumçunun keyfiyyətlərinə arxayınam”

"Dinamo"nun (Berlin) idman direktoru Anjelo Vier komandanın azərbaycanlı hücumçusu Rüfət Dadaşovun bu mövsümkü zəif çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az "Kicker"ə istinadən xəbər verir ki, paytaxt klubunun rəsmisi milli komandamızın hücumçusunun durumu barədə belə danışıb:

"Rüfət mövsümöncəsi məşqdə zədələndi və yaxşı formada deyildi. Daha üst liqalara yüksəlmək üçün əldən verilmiş şans var idi.

Keçən mövsüm bizim üçün böyük şans oldu. Sonra məşqçi dəyişikliyi oldu və iş onun üçün daha yaxşı getdi, bunu “Babelsberq”ə vurduğu iki qol (3:0) da göstərir.

Mən onun keyfiyyətlərinə arxayınam və bilirəm ki, o, mövsümün ikinci yarısında qollarını vuracaq. Çünki bu işdə ona kömək edə biləcək oyunçularımız var".

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!