Avropa komandasında seçilən azərbaycanlı - Vurduğu zərbə 118,1 km/saat sürətə çatdı

4 Yanvar 2025 22:30 Bizimkilər 769
Avropa komandasında seçilən azərbaycanlı - Vurduğu zərbə 118,1 km/saat sürətə çatdı

Almaniya mətbuatı “Nürnberq” futbolçularının mövsümün ilk yarısı üçün bəzi statistikasını açıqlayıb.

Sportinfo.az “Bild.de” nəşrinə istinadən xəbər verir ki, zərbənin gücü və sürəti ilə bağlı məlumatlarda azərbaycanlı hücumçu Mahir Emrelinin də adı qeyd olunub.

Belə ki, azərbaycanlı hücumçunun matçların birində vurduğu zərbə 118,1 km/saat sürətə çatıb.

Bu, mövsümün ilk yarısında komandanın futbolçuları arasında ən yüksək göstəricidir.

Emreli ötən ilin avqustunda ikinci Bundesliqa klubuna keçib. Hazırda onun aktivində 4 qol və 1 məhsuldar ötürmə var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!