Azərbaycanlı futbolçu bu ölkənin superkubokunu qazandı - FOTO

27 Dekabr 2024 19:20 Bizimkilər 776
Azərbaycanlı futbolçu bu ölkənin superkubokunu qazandı - FOTO

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya Superkubokunu qazanıb.

Sportinfo.az xəbər verir ki, komanda həlledici oyunda “Kukesi” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, sona qədər ehtiyatda qalıb.

"Eqnatiya" 2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokunu qazanıb. Kubokun finalında onlar "Kukesi"ni məğlub etmişdilər.

Zamiq 2023-cü ilin iyunundan "Eqnatiya"da çıxış edir. O, bu mövsüm "Eqnatiya"da ümumilidə 19 oyunda meydana çıxıb.

23 yaşlı müdafiəçi ötən gecə komandası ilə ilk titulunu qazanıb.

Azərbaycanlı futbolçunun komandası Albaniya superkubokunu qazandı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!