Rahil Məmmədovun komandası Polşa kubokunun 1/16 finalında

27 Sentyabr 2024 01:20 Bizimkilər 969
Rahil Məmmədovun komandası Polşa kubokunun 1/16 finalında

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Qornik Zabrze”nin qonağı olub.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Bu mərhələnin oyunları 1 matçdan ibarət olduğundan komandalar mübarizəni əlavə vaxtda davam etdiriblər.

93-cü dəqiqədə Alvesin vurduğu qol əlavə vaxtda yeganə olub və yekunda 1:0 hesabı ilə qalib gələn həmyerlimizin komandası 1/16 finala vəsiqə qazanıb.

Meydana start heyətində çıxan Rahil 120 dəqiqəni əvəzolunmadan keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!