Yığmamızın sabiq forvardı Almaniyada uğurlu həftə keçirdi

12 Sentyabr 2024 03:00 Bizimkilər 806
Yığmamızın sabiq forvardı Almaniyada uğurlu həftə keçirdi

Almaniyada Şimal-Şərq Regional Liqasında 7-ci turun bir sıra oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) “Qrayfsvalder”in qonağı olub.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Hazırda "Dinamo" 11 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”