Azərbaycanın U-19 və U-20 milli komandalarının sabiq üzvü Sadıq Bagiev Rusiyada klubunun dəyişib.
Sportinfo.az xəbər verir ki, "Kuban Holdinq"in yarımmüdafiəçisi I Divizionda mübarizə aparan SKA-ya keçib.
Gənc oyunçu Xabarovsk təmsilçisi ilə 3 illik müqaviləyə qol çəkib.
SKA azərbaycanlı futbolçu üçün onun klubuna 1 milyon rubl (18 500 manat) təzminat ödəyib.
Sadıq Bagiev bu mövsüm "Kuban Holdinq"in heyətində keçirdiyi 20 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan Kamran Aliyev də SKA-da çıxış edir.