İtaliyada legioner həyatı yaşayan Raul Yaqubzadə mövsümə başqa klubda davam edəcək.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, azərbaycanlı yarımmüdafiəçi "Nuovo Florida"dan ayrılıb.
20 yaşlı futbolçu "İmoleze"yə məxsus olsa da, "Nuovo Florida"da icarə əsasında oynayırdı.
O, "İmoleze"də də qalası olmayıb. Yaqubzadənin mövsümün qalan hissəsinə hansı klubda davam edəcəyi dəqiq olmasa da, böyük ehtimalla İtaliyada qalacaq.
Ona İtaliya D və C seriyası klublarından təkliflər var. Yaxın günlərdə forvardın hansı komandaya gedəcəyi dəqiqləşəcək.