Mahir Emreli “Nürnberq”də hansı nömrə altında çıxış edəcəyinə qərar verib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin 27 yaşlı hücumçusu “30”u seçib.
Emrelinin "Nürnberq"lə müqaviləsi komandanın Bundesliqaya çıxacağı təqdirdə, daha 1 il uzadılması variantı ilə birillik müqavilə imzalanıb.
Klub əsas Bundesliqaya çıxa bilməsə, Emreli azad agent statusu alacaq.