COP29

UEFA Ağayevə yeni istiqamət verdi – Get...

4 Sentyabr 02:20 Bizimkilər 928
UEFA Ağayevə yeni istiqamət verdi – Get...

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmyerlimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti