Millimizin legioneri 1 saat oynadı, komandası qazandı

27 Avqust 2024 03:20 Bizimkilər 599
Millimizin legioneri 1 saat oynadı, komandası qazandı

Finlandiya çempionatında 21-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökcünün formasını geyindiyi "Helsinki" növbəti görüşünü keçirib.

Həmin komanda "İnter Turku"nu qəbul edib və 1:0 qalib gəlib. Kökçü meydana start heyətində çıxıb və 60-cı dəqiqədə əvəzlənib.

"Helsinki" 40 xalla 2-ci pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti