Cəlal Hüseynovun “Arda”sı ordu komandasını özünə təslim etdi

25 Avqust 2024 23:45 Bizimkilər 686
Cəlal Hüseynovun “Arda”sı ordu komandasını özünə təslim etdi

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 6-cı tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda evdə ÇSKA (Sofiya) ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal görüşdə meydana start heyətdə çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

"Arda" hazırda turnir cədvəlində 9 xalla 7-ci pillədə qərarlaşıb.

"Arda" - ÇSKA 2:1

Qollar: Offor, 42 (1:0), Tilev, 53 (2:0), Koyalipou, 85 (2:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti