Zelenski azərbaycanlı idmançıya mükafat verdi

25 Avqust 2024 02:00 Bizimkilər 1 017
Zelenski azərbaycanlı idmançıya mükafat verdi

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı idmançı, Ukraynanı Paris Yay Olimpiya oyunlarında Yunan-Roma güləşi üzrə təmsil edən və gümüş medal qazanan Pərviz Nəsibovu orden ilə təltif edib.

Sportinfo.az xəbər verir ki, "report"un Şərqi Avropa bürosunun məlumatına görə, Pərviz Nəsibov 2-ci dərəcəli "Xidmətə görə" («За заслуги») ordeni ilə təltif olunub.

Həmyerlimiz Ukraynanı bundan əvvəl də Tokio Yay Olimpiya oyunlarında təmsil edərək 2-ci yer tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti