"Dinamo"nun (Berlin) azərbaycanlı hücumçusu Rüfət Dadaşov Şimal-Şərq Regional Liqasının IV turunda “Hemi”yə məğlubiyyəti (0:1) şərh edib.
Sportinfo.az “Berliner Kurier”ə istinadən xəbər verir ki, millimizin sabiq hücumçusu komandasının uğursuz çıxışı haqda bunları deyib:
"Sadəcə dəhşətli idi. Oyunumuz biabırçı oldu. Bura 3-4 saat yol qət etdik və bir dəqiqə ərzində 0:1 hesabı ilə uduzurduq.
Matçdan əvvəl baş məşqçi standart vəziyyətlər zamanı diqqətli olmağı tapşırdı. Amma biz hamımız yatmışdıq".
"Dinamo" 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

