Rahil Məmmədov Polşada yenə məğlubiyyətə üzüldü

21 May 2024 02:30 Bizimkilər 655
Rahil Məmmədov Polşada yenə məğlubiyyətə üzüldü

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" Polşa Ekstraklasasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 33-ci turda " Zaglebie"nin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 28 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 21 xalda qalan "LKS Lodz" 18 komanda arasında sonucudur.

Rahil Məmmədovun komandasının növbəti mövsüm aşağı liqada mübarizə aparacağı 2 tur əvvəldən dəqiqləşib

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI