Azərbaycanlı hücumçunun vəziyyəti yaxşı deyil, oynamayacaq

17 Aprel 2024 00:40 Bizimkilər 976
Azərbaycanlı hücumçunun vəziyyəti yaxşı deyil, oynamayacaq

"Dinamo"da çıxış edən Rüfət Dadaşov üçün mövsüm erkən bitib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu qalan matçlarda Berlin təmsilçisinə kömək edə bilməyəcək.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Məşqdə zədələnən Rüfətin 4-6 həftəyə sağalacağı və mövsümün son oyunlarında iştirak edəcəyi gözlənilirdi.

Lakin 32 yaşlı hücumçunun zədəsi daha ciddidir. Təcrübəli forvard yeni mövsüm öncəsi baş tutacaq təlim-məşq toplanışında komandaya qoşulacaq.

Rüfət Dadaşov bu mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 28 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!