Ruslar Nazim Süleymanova azərbaycanlı köməkçi təyin etdi

5 Oktyabr 2022 19:00 Bizimkilər 1 281
Ruslar Nazim Süleymanova azərbaycanlı köməkçi təyin etdi

Mayda “Səbail”dən ayrılan Emin Ağayev özünə yeni iş yeri tapıb.

3 il Aftandil Hacıyevin köməkçisi olmuş mütəxəssis ona dogma olan kluba qayıdıb.

Ağayev uzun illər formasını geyindiyi “Ximki”nin dəvətini qəbul edərək, 19 yaşlılardan ibarət komandada çalışmağa başlayıb.

O, vaxtilə millidə çiyin-çiyinə oynadığı Nazim Süleymanovun köməkçisi təyin olunub. Moskva təmsilçisi Ağayevlə birillik müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti